!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenidən tikilən Cəbrayılın Baş planına SƏRT TƏNQİD: “O işi əcnəbilərə yox, bizə tapşırsaydılar...”

!Reklam – Yazi

 

“Cəbrayılın Baş planı sanki universitet tələbələri səviyyəsində hazırlanmış layihə təsəvvürü yaradır”.

Bu fikirləri Cəbrayıl şəhərinin Baş planı əsasında inşa olunan və sosial şəbəkələrdə sərrt tənqidlərə məruz qalan yaşayış massivinin inşaat standartları, o cümlədən, yerli coğrafi spesifikaya uyğunsuzluğu haqda danışan memar Cahid Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Cəbrayıl şəhərinin Baş planı üzrə aparılan işlər gələcəkdə bir sıra ciddi problemlərə yol açacaq:

“Şəhərlərin baş planının hazırlanmasında iki versiya olur. Həmin ərazi qədim abidələrlə, küçələrlə zəngindirsə, yeni dövr üçün Baş plan hazırlanarkən, orada tikililərin bir-birindən geniş məsafədə inşa edilməsi çətinləşir. Biz bunukonkret olaraq. Bakıda müşahidə edirik. İçərişəhər kimi min il bundan qabaq salınmnış tarixi memarlıq sahəsidirsə, ona toxunmaq olmaz.

Lakin Cəbrayıl kimi elə geniş əraziyə malik məntəqə üçün Baş planda çox ciddi qarışıqlıq, sıxlıq olduğunu görürük. Beş ildən sonra o ərazidə əhali sıxlığı, maşınların hərəkətində məhdudiyyətlər, qonaqların gəlib-getməsində çətinliklər və başqa problemlər narahatedici səviyyəyə qalxacaq. O bölgəyə gələcəkdə turist axınının olacağını da nəzərə alsaq, mənzərə aydınlaşar.

Həmsöhbətimizin fikrincə, Cəbrayıl şəhərinin Baş planının hazırlanması işinin xarici yox, yerli mütəxəssislərə həvalə edilməsi daha məqsədə uyğun idi:

“Ümumiyyətlə, bu planlaşma çox qarışıq tərtib olunub. Azərbaycan memarlığının akademiyası, onun 30-50 il bu sahədə çalışan səviyyəli təmsilçiləri var. O baxımdan, Baş planın hazırlanmasına yerli mütəxəssislərin də cəlb edilmələri işin yalnız xeyrinə olardı. Baxın, bu plan hər hansı bir fərdi yaşayış evi deyil ki, onun layihələndirilməsi xarici şirkətə verilsin. Bizim yerli memarlarımızın da çox gözəl təklifləri var idi.

Cəbrayıl şəhərindəki sözügedən binaların sıxlığından əlavə, onların nə perpendikulyarlığı, nə də parelelliyi nəzərə alınıb, heç bir simmetriklik yoxdur. Bucaq dərəcələrinin bütün göstəriciləri qarışıq verilib. O massivə baxanda, adamın başı gicəllənir. Həmin massivin yaxınlığındakı meşə zolağına geniş yer ayrılsa da, digər tərəfində normadan artıq sıxlığa yol verilib.

Mən memar kimi deyə bilərəm ki, bu plan sanki universitet tələbələrinin səviyyəsində hazırlanmış layihə təsəvvürü yaradır. O boş yerlərdə, dağlar qoynunda, geniş ərazidən istifadə edib sıxlığı azaltmaq mümkün idi. Biz Ağdam şəhərinin Baş planına baxsaq, görərik ki o layihə çox gözəl işlənilib və bütün standartlara əməl edilib.

Ümumiyyətlə, Avropa memarları Şərq üslubundan tamamilə xəbərsizdirlər. Düzdür, onlar gedib ABŞ-da ən gözəl bina layihəsi verə bilər, lakin tarixi bir ərazi üçün Baş plan hazırlaya bilməzlər. Bizim ölkə rəhbərimiz torpaqlarımızı işğaldan azad etdi, oraya büdcə ayırdı və bizim ixtiyarımıza verdi. Lakin müəyyən dövlət qurumları bu işlər necə istəyirlərsə, elə də edirlər. Dediyim kimi, xaricdən memar gətirib bu yerləri pis günə qoymaqdansa, biz bir vətənpərvər olaraq, o planı havayı da hazırlayardıq”.

İsmayıl Bakuvi

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv