!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenilənə bilən enerji mənbələri: Qlobal investorların bu sahəyə marağı artır - PROQNOZ

!Reklam – Yazi

Bu il qlobal enerji investisiyalarının ötən illə müqayisədə 8 faiz artaraq 2,4 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji İnvestisiyaları 2022” hesabatında məlumat verilib.

Hesabata görə, son illərdə enerji qiymətlərinin artmasına baxmayaraq, bərpa olunan enerji sektoruna investisiya istəyi artmaqdadır. Bu dövrdə təmiz enerji investisiyalarının 1,4 trilyon dollara çatacağı gözlənilir. Günəş və külək enerjisi kimi təmiz enerji texnologiyaları hələ də bir çox ölkədə ən ucuz elektrik enerjisi istehsal üsulu hesab olunur. Eyni zamanda, bu il yenilənə bilən enerji mənbələrinə qoşulan elektrik şəbəkələrində çeviklik təmin edən akkumulyator saxlama texnologiyasına investisiyaların 20 milyard dollara çatacağı gözlənilir.

Hesabatda vurğulanır ki, enerji səmərəliliyi, elektrikləşdirmə və aşağı karbonlu texnologiyalara geniş miqyaslı investisiyalar, eləcə də bu çərçivədə qarşıya qoyulan siyasət və hədəflər həyata keçirilməsə, artan qlobal enerji tələbatını davamlı şəkildə qarşılamaq mümkün olmayacaq.

Gülşən Şərif

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv