!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YENİLİK! - Rəng və naxış dəyişən libas TƏQDİM EDİLDİ - VİDEO

!Reklam – Yazi

Adobe şirkəti bir düyməyə toxunmaqla rəng və naxış dəyişən libası təqdim edib.

Yenicag.az xəbər verir ki, bu il baş tutan illik Adobe Max konfransında Amerikanın Adobe şirkəti bir sıra yeni texnoloji yeniliklər nümayiş etdirib. Onların arasında Project Primrose interaktiv paltarı xüsusilə seçilib.

Project Primrose interaktiv paltarı sadəcə bir düyməyə toxunmaqla səthindəki rəngləri və naxışları dəyişmək qabiliyyətinə malikdir.

Bu unikal texnologiya çevik tekstil displeylərinə əsaslanır və paltarı sadəcə qarderob elementi deyil, əsl sənət əsəri və texnoloji yenilik edir.

Adobe əvvəllər də oxşar dizaynları təqdim edib. Lakin bu dəfə onları paltarda nümayiş etdirmək qərarına gəliblər ki, bu da texnologiyaya yeni səviyyəli cazibə verir.

Xuraman Etibarlı

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv