!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeniliyə ehtiyacı olan avtomobil parkı: "Maşınların gömrük rüsumları ilə bağlı qərar..."

!Reklam – Yazi

“Müddəti çox olan və köhnəlmiş avtomobillərə qarşı aksiz vergilərinin tətbiq olunması isə vətəndaşların köhnə maşınlardan imtina etməsinə şərait yarada bilər”.

Bu sözləri ölkənin avtomobil parkı ilə bağlı ümumi vəziyyəti dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, mövcud vəziyyət o qədər də ürəkaçan deyil:

“Statistik məlumatlar və müşahidələr göstərir ki, hazırki vəziyyət elə də yaxşı deyil. 1990-cı ildə Azərbaycanda 260 min minik avtomobili var idi. 2021-ci ildə isə bu rəqəmlər 1 milyon 264 minə qədər yüksəlib. Demək olar ki, 30 il ərzində minik avtomobillərinin sayı altı dəfə artıb. Eyni zamanda, 90-cı illərdə ölkədə 14 min avtobus var idi, 2020-ci ildə isə bu say 30 min 700-ə qədər yüksəlib. Yəni avtobusların sayında təxminən iki dəfə artım olub. Hazırda minik avtomobillərinin 993 minə yaxının yaşı 10 il və bundan bir qədər yuxarıdır. Yalnız 51 min avtomobilin yaşı 1-5 il müddətini əhatə edir. Bununla yanaşı, avtobuslarda da köhnəlmə statistikası həddindən artıq yüksəkdir. 25 min 800 avtobusun istehsalı müddəti 10 ilə yaxın və bundan yuxarıdır. Yalnız 3 min 632 avtobusun istehsal müddəti təxminən 1-5 il müddətlik dövrə aiddir”.

Avtomobil parkında maşınların sayının getdikcə artdığını bildirən İlqar Hüseynli qeyd edib ki, köhnəlmiş avtomobillərin istifadədən çıxarılması zəruridir:

“Təkcə 2021-ci ildə ölkəyə 84 min 596 avtomobil gətirilib. Bu avtomobillərdən 50 min 100 ədədi benzinlə, 21 min 390-ı isə dizel yanacağı ilə işləyir. Yalnız 158 avtomobil elektrik, 12 min 930-u isə hibrid mühərriklidir. Artıq hibrid avtomobillərin idxalında artım müşahidə olunur. Bu gedişatı nikbin proqnoz kimi dəyərləndirmək olar. Çünki avtomobil parkının yenilənməsi və ekoloji faktor baxımından hibrid avtomobillərə üstünlük verilməsi məqsədəuyğundur. Bu ilin yanvar ayından etibarən avtomobilllərin gömrük rüsumları ilə bağlı qüvvəyə minən qərar mövcud statistikada ciddi dəyişikliklərin olacağına zəmin yaradır. Nəticədə texniki baxımdan da yeni nəqliyyat növləri də ölkəyə daxil olacaq və bununla yanaşı, son üç ildə istehsal olunan avtomobillərin sayı arta bilər. Müddəti çox olan və köhnəlmiş avtomobillərə qarşı aksiz vergilərinin tətbiq olunması isə vətəndaşların köhnə maşınlardan imtina etməsinə şərait yarada bilər”.

Gülşən Şərif

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv