!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeniyetmə döymələri: Kriminal aləmə maraq böyüyür - VİDEO

!Reklam – Yazi

Azyaşlı uşaqlar və yeniyetmələr arasında xüsusən kriminal ünsürlərə meyillilik sanki artib. Onların sosial şəbəkə hesablarında etdikləri paylaşımlar belə deməyə əsas verir. Qollarına avtomat silahı döymə etdirən, qarın nahiyyəsinə xəncəl vurduranlar var.

Yenicag.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu tip döymələri etdirib sosial şəbəkə hesablarında paylaşan yeniyetmələrə son illər tez-tez rast gəlinir. Hətta bəzi kriminal aləmə yaxın şəxslərin istifadə etdikləri jarqon ifadələri işlədənlər belə var.

Mövzuya münasibət bildirən psixoloq Esmira Qafarova deyir ki, uşaqların belə kriminal ünsürlərə marağının artmasına səbəblərdən biri valideyn diqqətsizliyidir. Psixoloq hesab edir ki, valideynlər uşaqlarının hətta azyaşlı vaxtlarından izlədikləri videoları belə nəzarətdə saxlamalıdır.

Ekspert deyir ki, bəzən kriminal videolar və fotolar paylaşan yeniyetmələrin uşaqlıq travması da səbəb olan amillərdəndir. Belə faktları aşkar edən valideynlər və yaxud da onların yaxınları mütləq onu nəzarətdə saxlamaqla ətrafında olan yeniyetmələrdən təcrid etməlidirlər.

Yetkinlik yaşına çatmayanların internet informasiya resurslarında video və fotolar paylaşması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülür. Komitənin əməkdaşı Seymur Məmmədov deyir ki, bu hal onları ciddi narahat etdiyi üçün ictimailəşdirilir və aidiyyəti qurumlarla hərəkətə keçirlər.

O deyir ki, nəzarətsiz qalan belə uşaqlar hansısa cinayət əməli törədərlərsə, onların valideynləri də qanuna əsasən inzibati qaydada məsuliyyətə cəlb edilə bilərlər.

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv