!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yeniyetmə qız mobil telefona görə özünü 11-ci mərtəbədən atdı

!Reklam – Yazi

Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.

Yenicag.az xəbər verir ki, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.

Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Report)

www.yenicag.az

5532
Ads
www.veteninfo.com
!Reklam – Arxiv