!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yeniyetmələrin Avropa çempionatı: İdmançımız bir qızıl və iki gümüş medal qazandı

!Reklam – Yazi

Azərbaycanlı ağır atleti Məhəmmədəli Məmmədzadə yeniyetmələrin Avropa çempionatında bir qızıl və iki gümüş medal qazanıb.

Yenicag.az xəbər verir ki, 96 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 117 kq çəkidə ştanqı qaldıraraq turnirin qızıl medalına sahib olub.

İdmançı təkanla qaldırma hərəkətlərində də uğurla çıxış edib. 138 kq nəticə göstərən M.Məmmədzadə qitə birinciliyinin gümüş medalına yiyələnib. Beləliklə, ümumilikdə 255 kq (117+138) qaldıran Azərbaycan idmançısı Avropa çempionatının gümüş mükafatçısı olub.

Qeyd edək ki, iyulun 1-dən 10-dək Moldovanın paytaxtı Kişinyovda keçirilən turnirdə dünyanın 40-a yaxın ölkəsindən 356 idmançı iştirak edir.

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv