!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yer altında yatan tarix üzə çıxdı: Eksklüziv görüntülər Xəzər TV-də

!Reklam – Yazi

“Ənənə boğçası” verilişi Şamaxının Kələxana kəndində olub. Həmin vaxt kənddə Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçiləri arxeoloji qazıntılar aparırmış. Bundan xəbər tutan çəkiliş qrupu arxeoloqlarla görüşüb, qazıntılar zamanı aşkar olunan abidəni lentə alıblar.

“Kələxana Tarix Arxeoloji ekspedisiyası”nın rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin sözlərinə görə, ərazi orta əsr Azərbaycan tarixinin araşdırılması baxımından çox qiymətlidir: “Burada Sufilik və onun “Xəlvətilik” qolunun inkişafı ilə bağlı çoxsaylı tapıntılara rast gəlinib”.

Qafar Cəbiyev bildirib ki, qazıntı işləri 400 kv.m-dən çox ərazidə aparılır. Tapılan əşyalar isə çox qiymətlidir.

Qeyd edək ki, Şirvanşahlar dövrünə aid olan tapıntıların eksklüziv görüntülərini ilk dəfə olaraq “Ənənə boğçası”nın heyəti lentə alıb. Tarixin yer altında yatan sərvəti ilə tanış olmaq istəyənlər şənbə günü saat 13:00-da Xəzər TV-yə baxa bilərlər.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv