!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yer kürəsi yeni təhlükə ilə ÜZ-ÜZƏ: “Hər an yayıla və dünyanı VİRAN EDƏ BİLƏR” - Yeni epidemiya XƏBƏRDARLIĞI - FOTO

!Reklam – Yazi

Yeni bir araşdırma min illərdir yerin altında gizlənən qədim patogenlərin növbəti dünya epidemiyasının başlanmasına səbəb ola biləcəyini ortaya çıxarıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin alimlərinin araşdırmalarına görə, çox təhlükəli hesab edilən patogenlər indi yerin altında qalıb və onlar ortaya çıxarsa, dünya böyük epidemiya riski ilə üzləşəcək.

Alimlər qlobal istiləşmə səbəbindən bir çox yerdə buz örtüyünün əridiyini və patogenlərin hər an yerin altından sıza biləcəyini ehtimal edirlər.

Tədqiqatda qeyd olunub ki, bu patogenlər insan həyatı üçün təhlükə yaratmaqla yanaşı, böyük ekoloji dəyişikliklərə səbəb ola və təbiəti məhv edə bilər. Məlumatda, həmçinin qədim patogenlərin dünyada böyük dəyişikliklər yaradacağı və “gözlənilməz nəticələr” ortaya çıxara biləcəyini bildirilib.

Sadiq Cavadov

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv