!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yerlərdə sürünən İNTERNET PROVAYDERLƏRİ: "Müqavilədə yazılanla evdəki sürət arasında..."

!Reklam – Yazi

“Facebook”un “Müştəriyəm Şikayətim Var” qrupunda ən çox paylaşılan şikayətlərdən biri də internet provayderləri haqqındadır. Belə ki, sürətin çox zəif olması, şəbəkənin tez-tez sıradan çıxması, texniki problemlərin hər gün baş verməsi və s. paylaşılan şikayətlər arasındadır.

Bunun səbəbi nədir? Yoxsa ölkədə kifayət qədər şəbəkə və ya provayder yoxdur?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İKT eksperti Fərid Kazımov bildirib ki, Azərbaycanda internet kifayət qədər sürətli deyil:

“Lakin bunun qarşısını almaq üçün yeni yaranan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir müddət öncə bəyan etmişdi ki, yaxın 2 il ərzində ölkəmizdə internet inkişaf etdiriləcək. Bu istiqamətdə böyük bir proqram həyata keçirilir. Praktik olaraq, Azərbaycanın müxtəlif regionlarında internetin infrastrukturu yenilənir.

Bakıda internet normaldır. Kimdəsə yaxşı işləmirsə, provayderdə problem var. Amma regionlarda problem odur ki, hamı ADSL protokolundan istifadə edir. Bu telefon şəbəkəsi üzərindən təmin edilən internetdir. Onun da sürəti kifayət qədər aşağıdır.

Amma indi ADSL protokoldan çıxacaq. Yaxın 2 il ərzində bu problem öz həllini tapacaq. Burada iki cür proses gedir. Birinci olaraq, dövlət öz hesabına geniş zolaqlı internet çəkir, ikinci isə özəl provayderlər dövlət tərəfdaşlığı nəticəsində müəyyən regionlara, uzaq kəndlərə internet çəkəcək.

Bundan əlavə, bəzi uzaq dağ əraziləri var ki, ora internet çəkmək mümkün deyil. Çünki çox problemlidir. Amma həmin kəndlərdə də mobil operatorlar vasitəsilə internet çəkiləcək.

Bir az səbr etməliyik. Bir müddət sonra internet problemi öz həllini tapacaq.

Bir məsələni də qeyd etmək istəyirəm ki, ötən ilə nisbətən bu il Azərbaycan internet reytinqlərində çox inkişaf edib. Həmçinin bəzi özəl provayderlərin də burada səhvi var.

Müqavilə bağlayarkən biz deyirik ki, məsələn 18 mb/s və ya 40 mb/s sürətli internet olsun. Müqavilədə həmin sürət yazılır, amma əməl edilmir. Bu da müştərini bir növ aldatmaqdır. Belə hallarla qarşılaşdıqda müştərilər şikayət edə və ya provayderi dəyişə bilər”.

Şahanə Paşa

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv