!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yerli bankların “əl uzatmadığı” XARİCİ KAPİTAL: “Manatın məzənnəsinin kəskin dəyişməsi...”

!Reklam – Yazi

“Azərbaycanda kifayət qədər manat kütləsi mövcuddur və ölkə olaraq xarici borclanmaya az həvəs göstəririk”.

Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzovun yerli bankların xarici banklarla əməkdaşlıq etməmələrinə dair iradına münasibət bildirən iqtisadçı Eyyub Kərimli  Yenicag.az-a açıqlamasında qeyd edib.Onun sözlərinə görə, bu gün ölkədə kifayət qədər manat kütləsi olduğundan, hökumətin xarici borclanmaya marağı yüksək deyil:

“Hazırda Azərbaycanda az sayda olsa da, xarici sərmayəli banklar fəaliyyət göstərir. Lakin həmin banklar mövcud olan ümumi bank sayının çox az hissəsini təşkil edirlər.

Fikrimcə, xarici banklarla əməkdaşlıq məsələsində əsas problemlərdən biri 2015-ci ildə yaşanan devolvasiya prosesi oldu. Manatın məzənnəsinin kəskin dəyişməsi nəticəsində banklar ciddi çətinliklərlə üzləşdilər. Yəni xarici banklardan götürülən vəsaitlər dollar və digər xarici valyutalarla geri ödəndiyi üçün problemlər yaşanırdı.

Digər tərəfdən, bu gün Azərbaycanda kifayət qədər manat kütləsi mövcuddur və ölkə olaraq xarici borclanmaya az həvəs göstəririk. Ölkənin sözügedən valyuta ehtiyatından banklar da geniş bəhrələnə bilir. Bu baxımdan, xarici banklardan hansısa sərmayənin cəlb edilməsinə bir o qədər ehtiyac duyulmur.

Bununla yanaşı, valyutadəyişmə məntəqələrinin sayı azlıq təşkil edir. Yaxşı olardı ki, bu məntəqələr şənbə və bazar günləri də fəaliyyət göstərsinlər. Həmçinin regionlarda da valyutadəyişmə məntəqələrinin fəaliyyəti təşkil eilməlidir. Bu olmadıqda, “qara bazar” daha da “çiçəklənir”.

Yusif Səmədzadə

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv