!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yerli çempionatda “Qarabağ”ın UĞUR SERİYASI: “Digər yerli klublarla xal fərqi 16 deyil, bəlkə də daha artıq...”

!Reklam – Yazi

“Yerli klublar arasında futboldan anlayışı belə olmayan idarəçilər var”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ” klubunun yerli çempionatda olan davamlı uğuru və digər komanlarla səviyyə fərqinin səbəbləri haqda danışan futbol mütəxəssisi Ceyhun Sultanov deyib.

Onun sözlərinə görə, futbolda düzgün strategiyanın qurulması komandanın uğurlu olması ilə nəticələnir:

“Qarabağ”ın 11-ci çempionluğunu yaşadıqlarına görə onları təbrik etmək olar. Vaxtilə “Qarabağ” da yerli çempionatda digər klublarla, demək olar, eyni səviyyədə çıxış edirdi. Zamanla düzgün strategiyanın götürülməsi, yanaşmanın düzgün qoyulması “Qarabağ”ın indiki uğurlu vəziyyətinə gətirib çıxarıb. Düşünürəm ki, yerli çempionatdakı digər komandalar da bunu edə bilər. Lakin sırf bu məsələdə işini yaxşı bilən mütəxəssislər, bacarıqlı insanlar bunu etməlidir”.

C.Sultanov bildirib ki, hətta yerli klublar arasında futboldan anlayışı olmayan idarəçilər var. “Belə olan halda, “Qarabağ”ın digər klublarla xal fərqi 16 deyil, bəlkə də daha artıq olacaq. Ona görə də, düzgün qurulan strategiya komandanın uğuruna gətirib çıxarır. Bu gün “Qarabağ”ın həmin uğurlu sistemi yaratdığının şahidi oluruq. Mən də bir müddət “Neftçi” klubunda çalışmışam. Bu vaxta kimi “Qarabağ”ın bu qədər fərqlə digər yerli klubları üstələyərək çempion olmasının şahidi olmamışdım. Futbolda düzgün sistem quran komanda əlbəttə ki, uğur qazanacaq”, – deyə o bildirib.

İsmayıl Bakuvi

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv