!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Yerli seriallara baxanda ürəyim bulanır”, - deyən Turanla məşhur rejissor arasında QALMAQAL

!Reklam – Yazi

“Mən o stutusu gördüm və əhəmiyyət vermədim. Çünki “Ata ocağı” serialında Həmidə Ömərova, Qurban İsmayılov, Ötkəm İsgəndərov, vaxtilə Vidadi Həsənov, Sənubər İsgəndərli və digər tannmış sənətkarlarımız rol alıb. Bu qədər ürəkbulandırıcı olsaydı, bütün bu sənətkarların heç biri bu serialda çəkilməzdi”.

Bunu Yenicag.az-a açıqlamasında “Ata ocağı” və digər məşhur serialların rejissoru Rüfət Şahbazov, “Yerli seriallara baxanda ürəyim bulanır”,- deyən aparıcı Turan İbrahimova cavab olaraq deyib.

Rejissor həmin stutusu tələsərək yazılmış status kimi qiymətləndirib və bu fikirlərə əhəmiyyət vermədiyini bildirib:

“Nə oldu bir nəfərin zövqü pikdə oldu, amma istər bizim, istərsə də rejissor Rövşən İsaxın seriallarında çəkilən böyük sənətkarları hamımız kor olduq görmədik, amma bir nəfərə ürəkbulandırıcı gəldi. Bəli, əskiklər, zəifliklər, maddi çətinliklər var. Məndə günlük serialdır, gündəlik 30 epizod çəkilir, arxasında böyük komanda işləyir. Bir var böyük komanda ilə gündə 20-30 epizod çəkəsən, yaxud da həftəlik böyük komanda ilə işləyəsən, bir də var klaviatura arxasında oturub sənətkarlar da daxil olmaqla böyük bir komandanın işini ürəkbulandıran kimi görəsən. Hamısını tanıyıram və o stutusu da görmüşəm. Bunu özümüzə aid etmədim deyə heç bir fikir bildirmədim. Normaldır, hər kəsin öz şəxsi fikri ola, nədənsə xoşu gələ, ya gəlməyə bilər. Əgər “Ata ocağı” serialında Həmidə Ömərova və onun kimi digər böyük sənətkarlar çəkilirsə və sənətkarlarımız müsbət fikirlər səsləndirirsə, amma o şəxs sərt fikir bildirirsə, düzgün deyil. Tənqid etsəydi, məqamları açıqlasaydı, onunla fikir mübadiləsinə də girərdim. Bu fikri əhəmiyyətli saymadım, tələsərək yazımış bir statusdur”.

“Ola bilsin, biz zəif çəkirik, əskiklərimiz var, öyrənə-öyrənə gedirik, püxtələşirik, yenə də püxtələşəcəyik. Məlum şəxs oturub seriallara baxıb, onlar haqqında status yazmaqdansa, bir az Fulya haqqında çəkilən sənədli filmə baxsın və düşünsün ki, 44 günlük müharibədə mən jurnalist kimi neyləmişəm?” – R.Şahbazov qarşı tərəfə sual ünvanlayıb.

Qeyd edək ki, Turan İbrahimov yerli serialları tənqid edib:

“Televiziyalarımızdakı yerli seriallara baxanda varlılarımıza da, kasıblarımıza da, həyatımıza da, yaşayışımıza da, şəhərimizə də, kəndimizə də, dilimizə də, mədəniyyətimizə də adamın ürəyi bulanır. Zövqsüzlüyə, səliqəsizliyə baxıb adamın hətta nifrəti yaranır. Nə gündəyik?!”

Cəvahir

www.yenicag.az

868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv