!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yerli seriallardan “püskürən” PRİMİTİV AQRESSİYA: “Qadınlar da, kişilər də yalnız mənfi planda...”

!Reklam – Yazi

“Seriallarda yalnız aqressiya, dava-dalaş, qırğın-dava, bıçaqlaşma, ölüm-itim göstərilir”.

Bu sözləri Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

O, nostalji hisslərin təsiri ilə keçmişdə və çəkilən serialları, tamaşaları müqayisə edib:

“Qızıl Fondda saxlanılan nə qədər gözəl, keyfiyyətli televiziya tamaşalarımız var. Yeni il gecələrində xüsusi verilişlər hazırlanırdı. Bunun üçün məxsusi ssenarilər yazılırdı; bir yumoristik səhnəcik oynanılırdı, sonra bir müğənni mahnı oxuyurdu. Ən gözəl aktyorlar, aktrisalar o səhnəciklərdə rol alırdı.

Günlərlə məşq edirdik, hazırlaşırdıq. Artıq o səhnəciklər də yoxdur, o ab-hava da… İndi boş-boş seriallar efirləri zəbt edib. Seriallarda yalnız aqressiya, dava-dalaş, qırğın-dava, bıçaqlaşma, ölüm-itim göstərilir. Qadınlar da, elə kişilər də yalnız mənfi planda təqdim olunur.

Əlbəttə, seriallar da həyatdan götürülür, amma həyat yalnız belə mənfiliklərdən ibarət deyil. Buna görə də belə seriallara baxanlar da aqressiv olur. Bizim millətin o qədər gözəl xüsusiyyətləri var ki…

Axı bizim telekanallara yalnız özümüz baxmırıq, digər ölkələrdə də izləyirlər. Biz öz gözəl xüsusiyyyətlərimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi, mətbəxt mədəniyytəimizi, xeyirxahlığımızı təqdim etməliyik.

Əvvəllər belə gözəl xüsusiyyətlərimizi özündə əks etdirən cizgi filmlərimiz vardı. Amma indi belə deyil, yalnız qırğın, dava, aqressiya… İnsanların həyata baxışını dəyişməliyik. Bunun üçün belə seriallar deyil, əvvəlki illərdə peşəkarların ərsəyə gətirdiyi keyfiyyətli filmlər, teletamaşalar, səhnəciklər səviyyəsində ekran əsərləri yaradılmalıdır…”

Cəvahir

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv