!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yerli serialların ÖLÜ BAZARI: Sponsorlar niyə pul xərcləmək istəmir? – Rejissor səbəbi AÇIQLADI

!Reklam – Yazi

“Bir serial üçün ayda 20 min pul tapmaq üçün heç olmasa 5-6 sponsor olmalıdır”.

Bunu  “Azərbaycanda ekranlaşdırılan seriallar niyə ən azı Türkiyə və Rusiyada çəkilən seriallar kimi gəlir gətirmir?” sualını cavablandırarkən rejissor Ramin Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Bir çox məşhur serialların rejissoru bunun əsas səbəbini yerli bazarda reklamın olmamasında görür:

“Mən rejissoram və yaradıcı insan olaraq məni heç vaxt maliyyə məsələləri düşündürməli deyil. Çünki məni yalnız maraqlandıran kadrın daxilidir. Kadrdankənar məsələlər prodüserin, menecerlərin işləridir. Amma mən kiçik sahibkar olaraq deyə bilərəm ki, kanal rəhbərliyinə yaxınlaşan kimi adamdan sponsor tələb edirlər. Amma mən rejissoram və sponsor axtara bilmirəm. Ya buna bacarığım çatmır, ya da sadəcə olaraq məni rejissor kimi qəbul edirlər. Mən həmişə belə məsələlərdə əziyyət çəkmişəm. Bizim reklam bazarımız o qədər geniş deyil. Yəni mən bir serialın ayda 20 min pul tapmaq üçün heç olmasa, 5-6 sponsoru olmalıdır. Amma o sponsorlar da yoxdur. Sponsorlar inamlı layihələrə pul verir, xırda, yeni başlayan layihələrə yox. Ya da orta səviyyəli… Hər halda mənə o qədər pul toplamaq çətin olur.

Ona görə də seriala pul xərcləmək hələ ki Azərbaycanda qəliz məsələdir. Bu yaxınlarda “İctimai” kanalda Emil Quliyevin serialları yaymlandı. Həmin seriallar üçün bəlli məbləğdə maliyyə xərclənmişdi. Amma qoyduğu pulu götürə bildimi? Xeyr, çünki içərisində reklam yox idi. Çox güman ki, ya telekanal özü, ya da dövət maliyyələşdirir. Yoxsa ki, belə sponsor tapmaq çətin olur”.

Cəvahir

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv