!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yerli taxılın daxili bazarda QİYMƏTLƏRƏ TƏSİRİ:: “Bu məhsula olan tələbatı təmin etmək üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Ölkənin bu məhsula olan tələbatını tam təmin etmək məqsədilə əsas hissə ölkəyə idxal edilir”.

Bu sözləri ölkədəki dənli bitkilərin istehsalından əldə edilən məhsulların daxili bazarda qiymətlərə təsir imkanlarından danışan iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib:


“Aydındır ki, ölkəmizdə taxıl və digər dənli bitkilərin istehsalı daxili bazarın çox cüzi bir hissəsini təmin etmək iqtidarındadır. Ölkənin bu məhsula olan tələbatını tam təmin etmək məqsədilə əsas hissə ölkəyə idxal edilir. Bu baxımdan deyə bilərik ki, yerli istehsalın həcmi də ölkədəki qiymətlərə çox ciddi təsir edə bilməz. Lakin nəzərə almaq lazımdır ki, üzümüzə gələn dövrlər ərzində yerli istehsalın həcmi artarsa, gələcəkdə qiymət dəyişikliyinə səbəb ola bilər. Hazırda isə göstəricilərin real ciddi təsiri mövcud deyil”.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, artıq 658339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2,164,746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir. Respublika üzrə arpa sahələrinin 80 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir.

Yusif Səmədzadə

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv