!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yevlaxa gələn Qarabağ ermənilərinin yerinə olsaydım, danışıqlarda mütləq...” – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Deyəcəklər ki, gedin, öz xalqınıza bundan başqa çıxış yolunun olmadığını başa salın”.

Bu fikirləri Azərbaycan hökumət nümayəndələri ilə danışıqlar aparmaq üçün Yevlaxa gələn Qarabağın erməni icması nümayəndələrinin himayədarlarından hansının “konspekt”i əsasında davranacaqlarına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ erməniləri məskunlaşdıqları yerlərdə həyata davam etmək və Azərbaycan həyatına inteqrasiya olunmaq üçün ideal fürsət qazanıblar:

“Əslində, görüşə gələn Qarabağ ermənilərinin hansı “konspekt”lə çıxış etmələrinin heç bir əhəmiyyəti yoxdur. Çünki bu danışıqların gedişini və nəticəsini Azərbaycan diqtə edəcək. Yenə vurğulayıram, danışıqda kimin iştirak etməsinin əhəmiyyəti yoxdur, güclü və haqlı tərəf Azərbaycandır.

Əminəm ki, Azərbaycanın təmsilçiləri Qarabağ ermənilərinin adından danışan o iki nəfəri qarşısına qoyaraq hökumətin inteqrasiya planını onlara izah edəcəklər. Deyəcəklər ki, gedin, öz xalqınıza bundan başqa çıxış yolunun olmadığını başa salın. Yəni onların heç bir şərt qoymaq imkanı yoxdur.

Yevlaxa gələn Qarabağ ermənilərinin yerinə olsaydım, yaxud da mənim ağlım onlarda olsaydı, danışıqlara mütləq Azərbaycan Konstitusiyası ilə gələrdilər və oradakı insan haqlarının onlara da şamil edilərək qorunmasını istəyərdilər. Azərbaycanın bunu qəbul etməsi isə Qarabağ ermənilərinin özlərinə görə uğuru olacaqdı.

Ancaq inanıram ki, bu fikir onların ağlına gəlməyəcək, çünki “tupoy”durlar, kütdürlər, satqındırlar. Buna görə də erməni xalqını böyük fəlakətə düçar ediblər. Separatçıların əvvəlki rəhbəri Arayik Arutyunyan bu işləri vaxtında etsəydi, nə o qədər qan tökülərdi, nə də düşmənçilik belə dərinləşərdi. İndi onun yerinə iki “düdük” gəlib Azərbaycan məmurları ilə danışıq aparır. Bu danışıqlarda Azərbaycanın tələbləri istər bizim qanunlar, istərsə də beynəlxalq hüquq baxımından tam əsaslıdır”.

A.Zeynalov

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv