!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda itkin düşən qızdan XƏBƏR VAR

!Reklam – Yazi

Yevlaxda itkin düşən azyaşlı qızı əmisinin qaçırdığı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.

Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

 

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv