!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlandı

!Reklam – Yazi

Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Yevlax Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

 

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv