Abşeron rayonunda keçmiş yeznə-qayının mübahisəsi bıçaqlanma ilə bitib.

Yenicag.az-a daxil olan məlumata görə, Abşeron rayonu Masazır qəsəbəsində qanlı hadisə qeydə alınıb. 25 yaşlı Asif Həsənov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlər 3 bıçaq xəsarəti alan Asif Həsənovun həyatını xilas edə biliblər. Hadisə barədə xəbər tutan polis araşdırmalara başlayıb.

Məlum olub ki, Asif Həsənovu bacısının keçmiş həyat yoldaşı bıçaqlayıb. Asifin həyat yoldaşından ayrılan bacısı ata evinə qayıdıb. Hadisə baş verən gün yeznə uşaqları ilə görüşmək üçün Masazırda yaşayan keçmiş qaynatasının evinə gəlib. Qohumlar arasında yaranan mübahisə qanla bitib. Abşeron rayon polis idarəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

Abşeron rayonunda keçmiş yeznə-qayının mübahisəsi bıçaqlnma ilə bitib. Abşeron rayonu Masazır qəsəbəsində qanlı hadisə qeydə alınıb. 25 yaşlı Asif Həsənov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib. O, dərhal əməliyyata götürülüb. Həkimlər 3 bıçaq xəsarəti alan Asif Həsənovun həyatını xilas edə biliblər. Hadisə barədə xəbər tutan polis araşdırmalara başlayıb. Məlum olub ki, Asif Həsənovu bacısının keçmiş həyat yoldaşı bıçaqlayıb. Asifin həyat yoldaşınıdan ayrılan bacısı ata evinə qayıdıb. Hadisə baş verən gündə yeznə uşaqları ilə görüşmək üçün Masazırada yaşayan keçmiş qaynatasının evinə gəlib. Bu zaman keçmiş yeznə-qayın arasında mübahisə düşüb. Nəticədə keçmiş yeznə qayınını bıçaqlayıb. Abşeron rayon polis idarənin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla əlaqədar cinayə işi başlanıb. Araşdırmalar davam edir.

Posted by Yeniçağ.Az TV on Montag, 23. Januar 2017

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."