!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yol hərəkəti təhlükəsizliyi məmurların əlində cəmləşib" - Ekspertdən narazılıq 

!Reklam – Yazi

“Bəzi məsuliyyətsiz məmurlar öz ciblərini düşünərək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə laqeyd yanaşırlar”. 

Bu sözləri baş verən yol qəzalarında piyada vurulması və ölümlərinin sayının sürətlə artmasının səbəblərinə toxunan nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, idarəetmənin düzgün təşkil edilməməsi piyada vurulmalarına yol açan əsas səbəbdir:

“Yol hərəkəti qaydalarının pozulması şəraitlə bağlı olan bir məsələdir. Son zamanlar ümumi yol qəzaları fonunda Bakıda piyada vurulmalarının sayı 57 faiz təşkil edir, respublika üzrə isə 50 faizə yaxındır. Bu, paytaxtda daha ciddi problemin olduğunu göstərir. Rayon yerlərində hava qaralan kimi küçələrdə çox hərəkət olmur, kənd yerlərində sürət o qədər də yüksək deyil. Bakı, Sumqayıt, Abşeron, Xırdalan istiqamətlərində isə hərəkət intensivliyi çoxdur. İnsanlar axşam işdən sonra küçələrə axışırlar, şəhərdə gəzirlər və ya kimsə işdən daha gec saatda çıxır. Hər kəsin maşınının olmadığını nəzərə alsaq, piyadalar arasında yol şəraitindən səmərəli istifadə etməməklə bağlı problem var. Piyadaların 90 faizi yol keçərkən qaydalara əməl etmirlər və nəticədə qəzalar qaçılmaz olur.

Ümumi situasiyaya görə, yol infrastrukturunun düzgün qurulmaması da qəza şəraiti yaradır. Bəzi məsuliyyətsiz məmurlar öz ciblərini düşünərək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə laqeyd yanaşırlar. Məsələn, küçələrin işıqlandırılmasına cavabdeh olan məmurlar ayrılan vəsaiti mənimsəyirlər. Piyada keçidlərini rəngləmək və işıqlandırmaq kimi öhdəliyi olan məmurlar səhlənkarlıq edirlər. Sənədlərdə hər şey gözəl olsa da, reallıq çox bərbaddır. Təəssüf ki, yol hərəkəti təhlükəsizliyi məmurların əlində cəmləşib”.

Gülşən Şərif

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv