Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yol infrastrukturuna külli miqdarda ziyan vuran qardaşlar tutuldu - FOTO

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın müxtəlif rayonlarında yol infrastrukturuna külli miqdarda ziyan vurmaqla oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yol kənarlarında quraşdırılan yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulan ötürücü barmaqlıqların naməlum şəxslər tərəfindən oğurlanması barədə müvafiq təşkilatlardan daxil olan çoxsaylı şikayətlər əsasında 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Şahmalı Əzimov və qardaşı Nizami Əzimov tutulublar.

Şöbədə araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər oğurladıqları dəmir qurğuları metal qəbulu ilə məşğul olan Niyazi adlı şəxsə satıblar. Əməliyyat zamanı su ötürücü barmaqlıqları oğurluq olduğunu bilə-bilə alan paytaxt sakini Niyazi Fərəcov da saxlanılıb. Bu şəxslərin yaşadıqları ünvanlara və işlədikləri yerlərə baxış zamanı oğurlanan su ötürücü barmaqlıqların bir hissəsi aşkar olunub maddi sübut kimi götürülərək Polis Şöbəsinə gətirilib.

Qeyd olunan faktlarla bağlı cinayət işinin istintaqının aparılması üçün toplanan materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Araşdırma zamanı Şahmalı və Nizami Əzimovların paytaxtın müxtəlif nöqtələrindən 90 ədəd su ötürücü qurğular oğurladığı və ümumilikdə yol infrastrukturuna 12 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Bakı şəhər Baş Polis İdarəsinə, Xətai RPİ-nin 37-Polis Şöbəsinə, eləcə də ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

www.yenicag.az

491