!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisinin özbaşınalığı: özü qəza şəraiti yaradır - FOTO+VİDEO

!Reklam – Yazi

Dövlət Yol Polisinin əməkdaşları yollarda qayda-qanunu qorumalı olduqları halda, bəzən özləri buna zidd addım atırlar.

Yenicag.az xəbər verir ki, Bakı-Qazax yolunun Yevlax ərazisindən keçən hissəsində xidməti vəzifəsini yerinə yetirən 99-YP-884 dövlət nömrə nişanlı DYP-nin əməkdaşı xidməti maşını yolun hərəkət hissəsinin sol tərəfində saxlayıb. DYP əməkdaşı bu addımı atmaqla, həm eyni istiqamətə hərəkət edən sürücülərin, həm də özünün həyatını təhlükəyə atıb.

Bu vəziyyət sürücülərin ötmə əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə də mane olur. Ani diqqətsizlik nəticəsində ağır qəzanın baş verməsi qaçılmazdır.

www.yenicag.az

4340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv