Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yol tikintisinə 11,6 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Ağdaş rayonunun Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, 12 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.yenicag.az

548
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS