!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol vergisinin hesablanmasında dəyişiklik edildi

!Reklam – Yazi

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

– avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;

– oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

– avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;

– avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

– Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv