!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yolverilməz davranışlarına görə sənətçilər titullarından MƏHRUM EDİLƏCƏK

!Reklam – Yazi

Rusiyada Dövlət Duması “yolverilməz davranışa” görə sənətçilərin titullarından məhrum edilməsini təklif edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı LDPR fraksiyasının lideri Leonid Slutski deputatlara müraciət edib. O, sənətçiləri xalq və əməkdar artist titullarından məhrum etmək üçün qanun layihəsi hazırlamağa dəvət edib.

“Biz hər kəsi düşünməyə və bu elitanı xalq və əməkdar artist titullarından məhrum etmək üçün qanun layihəsi təqdim etməyə dəvət edirik.

Bu gün ölkə çiyin-çiyinə xüsusi hərbi əməliyyata, dövlət başçısının silahlı qüvvələrin gücləndirilməsi istiqamətində gördüyü işlərə, cəbhə xəttində olan oğlanlarımıza dəstək verərkən, bütün özündənrazılar, bütün narsistlər çılpaq gecələrdə iştirak edir, ziyafətlər təşkil edir və özlərinin dəbdəbəli geyimlərini nümayiş etdirirlər.

Mən onların çoxunu tanıyıram. Onların davranışı anlaşılmazdır, qəbuledilməzdir və bu, rus mədəniyyətinə tamamilə ziddir.

Ona görə də bu kütlə “xalq artisti” və “əməkdar artist” adlarından məhrum edilməlidir”, – Slutski deyib.

Xuraman Etibarlı

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv