Reklam

Reklam

İzlədiyiniz videoları dostlarınıza da izlətmək üçün hər yerdə paylaşmaqdan sıxılmısınızsa, YouTube-un sizə yeni bir təklifi var: Uptime!

Bu barədə Yeniçağ.Az “Technote.az”-a istinadən məlumat verir.

Bundan bir neçə il əvvələ qədər YouTube videoları, bir neçə dostun eyni evdə toplaşdığı günlərdə ən böyük əyləncələrdən birinə çevrilmişdi. Hərkəs öz bəyəndiyi videonu dostlarına izlətməyə çalışırdı. Daha sonra keçən zamanda bu iş inkişaf etdi və videoların sosial şəbəkələrdə paylaşılmasına doğru istiqamətləndi.

İndi də YouTube-un yeni bir fikri var və adı da Uptime-dır. Dünən iOS cihazlar üçün aktiv hala gələn tətbiq vasitəsilə dostlarınızla eyni otaqdaymış kimi videolar izləyə bilirsiniz.

Tətbiqin içərisində istifadəçilərin bir birləri ilə mesajlaşa bilmək və təbii ki videolara reaksiya göstərə bilmək şansları var. Onsuzda tətbiqi yüklədiyiniz anda YouTube videolarını izləməyinizə yarayan fərqli bir tətbiq olduğunu başa düşəcəksiniz.

Tətbiqdə hazırda sadəcə seçilmiş videolar yer alır və axtarış qutusunu istifadə edərək ya da birbaşa olaraq video növü seçərək istədiyiniz videolara baxa bilirsiniz. YouTube üzərindən bir videonu axtardığınızda birbaşa olaraq Uptime ilə paylaşa bilir və dostlarınızla izləyə bilirsiniz. Videonu izləməyə başladığınız zaman da ekranda sizin profil şəkliniz kiçik formada süzülməyə başlayır. Verdiyiniz reaksiyaları bu süzülən profil şəklinin üstündə görə bilirsiniz.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."