!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yox olan GÖLLƏR: Aclıq və səfalət bizi gözləyir? - ARAŞDIRMA

!Reklam – Yazi

Son onillikdə dünyanın ən böyük göllərinin bir hissəsi quruyub.

Yenicag.az xəbər verir ki, bu barədə “Science” jurnalı məlumat verib.

Dərc olunan son araşdırmalara görə, su itkisi ildə təxminən 21.5 giqaton təşkil edir. Bu da ABŞ-nin illik su istehlakına bərabərdir.

Dünya alimləri bildirib ki, su istehlakının bu qədər azalması qlobal istiləşmə ilə bağlıdır. Həmçinin iqlim faktorları, kənd təsərrüfatı, insan təsirləri və s. amillər də rol oynayır.

Bildirilib ki, quruyan göllər dünya miqyasında ciddi problemlərə səbəb ola bilər. Aclıq, məcburi köçkünlük, beynəlxalq münaqişələrin artması kimi məsələlər bir neçə ilə özünü göstərə bilər.

Qeyd edək ki, Cənubi Amerikada ötən illərdə ən böyük su hövzəsi olan Poopo gölü qurumuşdu. Bu da əhaliyə ciddi çətinlik yaratmışdı. Hətta bəzi vətəndaşlar yaşayış yerlərini itirmişdi.

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv