Təyyarələrin havada yerdəyişməsini izləyən “Flightradar24” portalı Aralıq dənizi üzərində uçuş zamanı radarlardan itən “EgyptAir” şirkətinə məxsus “Airbus A320” təyyarəsinin uçuş marşrutunu açıqlayıb.
Bu barədə müvafiq məlumat şirkətin rəsmi “Twitter” səhifəsinə yerləşdirilib.
Portalın məlumatına görə, sonuncu dəfə təyyarə Aralıq dənizi üzərində 11,2 kilometr yüksəklikdə olub.
Xatırladaq ki, Misirin “EgyptAir” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Parisdən Qahirəyə uçuş həyata keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.
www.yenicag.az