!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Yoxluğun ürəyimi göynədir” - Vaqif İbrahimoğlunu yad edib KÖVRƏLDİ

!Reklam – Yazi

“Bu dəqiqə ustadımın məzarı üstə yığışmışıq, onu yad edirik. Ustadımla danışıram, tez-tez yuxuma gəlin, sizinlə dərdləşmək, paylaşmaq istəyirəm deyirəm. Danışdıqca da onun səsini eşidirəm”.

Bunu Azərbaycanın novator teatr rejissoru Vaqif İbrahimoğlunun xatirə günündə fikirlərini bölüşərkən aktrisa Zümrüd Qasımova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa V.İbrahimoğlunun yoxluğunu Azərbaycan mədəniyyət üçün böyük itki kimi dəyərləndirir:

“Onu özümə həm ustad, həm də ata sayırdım. Bu gün sənətdə və həyatda qazandıqlarıma görə Vaqif müəllimə borcluyam. Zümrüd olmağımda ustadımın əməyi əvəzsizdir. Vaqif İbrahimoğlunun yoxluğu ilə həm Azərbaycan teatr sənəti, ümumilikdə mədəniyyətimiz, həm də biz yetirmələri itirdi. O, yenilikləri ilə adını əbədi teatr tarixinə yazdı. Nə vaxtsa ağlıma da gətirməzdim ki, onun haqqında yalnız xatirələr danışacam. İnsan xatırlanırsa, yaddaşlardadırsa, deməli, yaşayır. Tez-tez onunla söhbətləşirəm. Ən xoş və ən kədərli anlarımda deyirəm, ata, sənə çox ehtiyacım var. Yoxluğu həmişə ürəyimi göynədib”.

Cəvahir

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv