!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yoxsul təbəqə və yardımların YETƏRSİZLİYİ: "Məmurların yarıtmaz fəaliyyəti..." - İQTİSADÇI RƏYİ

!Reklam – Yazi

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, sosial ödənişlərdə bu il 3.8 dəfə artım qeydə alınıb. 2018-ci illə müqayisədə bu sahədə iki dəfəyə yaxın artım olub. Həmçinin o qeyd edib ki, bu ilin ötən dövründə 550 min insanın sosial ödənişlərlə təmin olunması həyata keçirilib.

Bundan əlavə, Dövlət Məşğulluq Agentliyi də bildirib ki, 7000-dən çox insan işlə təmin edilib.

Əgər belədirsə, sosial şəbəkələrdə niyə hər gün yardıma ehtiyacı olan ailələr haqqında məlumatlar paylaşılır? Niyə yardım qurumları hər həftə evində yeməyə çörəyi belə olmayan ailələr barədə paylaşım edir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, istənilən ölkədə yoxsul təbəqə həmişə var:

“Məsələn, Almaniya kimi inkişaf etmiş ölkədə yoxsulluq 9 faizdir. ABŞ-də 14-16 faizə yaxındır. Sadəcə kriteriyalar fərqlidir. Bizdə kriterlər çox aşağıdır.

Amerikada ilə 20 min dollara qədər qazanan adam yoxsul sayılır və ona yardımlar ayrılır. Bizdə isə ilə 20 min dollar qazanan adama varlı kimi baxırlar.

Ölkədə kriterlər düzgün qurulmayıb. Ona görə də bu hallar yaşanır. Bir də sosial yardımın ünvanlılığı məsələsi var. Ehtiyacı olanlara ayrılıb-ayrılmaması məsələsi var.

Bu məmurların yarıtmaz fəaliyyəti ilə bağlıdır. Bütün bunlar ona gətirib çıxarır ki, obyektiv səbəblərdən yoxsul insanların olması başa düşüləndir. Amma bizdə yoxsul təbəqəyə olan münasibət, yardımların əlçatanlığı problemi var”.

Şahanə Paşa

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv