!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YTB sədri Abdullah Ərən Azərbaycanda - VİDEO

!Reklam – Yazi

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, Abdullah Ərən “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün gəldiyi Bakıdan rəsmi sosial media hesabında paylaşım edib.

Paylaşımda, “Sahədəyik”, – deyə qeyd edən YTB sədri qurumun hazırladığı stendə də baş çəkib.

Abdullah Ərənin Bakıda bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi tərəfindən hazırlanan və 2 cilddən ibarət “Azərbaycan düşüncə tarixi” adlı kitabın təqdimat mərasiminə də qatılacaq.

Mayın 27-də Bakı Dövlət Universitetində təşkil edilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçvəsində baş tutacaq təqdimat mərasimində Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank da iştirak edəcək.

Aqil Bəkir

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv