Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yük maşını ilə avtobus toqquşdu: 40 yaralı

Rusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb.

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib.

Qəza nəticəsində avtobus sürücüsü ölüb. İkisi uşaq olmaqla, 20 nəfər xəstəxanalara yerləşdirilib. Daha 19 nəfərə ambulator tibbi yardım göstərilib.

Məlumata görə, Koslan-Usoqorsk yolunda “Ural” markalı yük maşını idarəetməni itirərək qarşı yolla hərəkət edən sərnişin avtobusuna çırpılıb.

“Ural”ın sürücüsü barəsində cinayət işi açılıb.

Rusiya FHN-nin məlumatına görə, qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 68 əməkdaş və 15 texnika cəlb olunub.

Yeniçağ.az

www.yenicag.az

403