!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yük maşını sürücüsü dəhşət saçdı - 6 uşaq öldü, 14 nəfər yaralandı

!Reklam – Yazi

İraqın Bəsrə şəhərində yük maşınının yoldan keçən tələbələri vurması nəticəsində 6 uşaq həyatını itirib, 14 uşaq isə ağır yaralanıb.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı İraq Daxili İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Açıqlamada Bəsrə şəhərində bir yük maşını sürücüsünün avtomobilini çoxu ibtidai sinif şagirdləri olan yoldan keçən uşaqların üzərinə sürdüyü bildirilib.

Qəza nəticəsində 6 uşaq ölüb, 14 nəfər isə ağır yaralanıb. Hadisəni törədən sürücünün saxlanıldığı bildirilib.

Digər tərəfdən, hadisədən sonra Bəsrə valisi Əsəd İdani şəhərdə 3 günlük matəm elan edib.

Baş nazir Məhəmməd Şia əl-Sudani qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanılmasını əmr edib.

İraq prezidenti Əbdüllətif Rəşid də hadisənin təfərrüatlarını öyrənmək üçün Bəsrəyə xüsusi nümayəndə göndərib.

Yenicag.az

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv