!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yüksək gömrük rüsumlarının yaratdığı daha bir ƏNGƏL: "Bu, avtomobil parkının yenilənməsinin də qarşısını alır" - Ekspert

!Reklam – Yazi

“Avtomobil parkının yenilənməsinin ən unikal yolu Gürcüstanda olduğu kimi, gömrük rüsumunun kifayət qədər azaldılmasıdır”.

Bu sözləri vətəndaşların köhnə avtomobil almağa meylli olmasının mümkün səbəblərini dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, idxal olunan avtomobillərə tətbiq olunan gömrük rüsumları vətəndaşların çətinliklə üzləşməsinə səbəb olmaqla yanaşı, avtomobil parkının yenilənməsinin də qarşısını alır:

“Bu gün vətəndaşların maddi imkanı yeni avtomobil almaq üçün yetərli deyil. Çünki yeni avtomobillərin qiyməti kifayət qədər bahadır. Bununla yanaşı, gömrük rüsumlarının məbləği yüksəkdir. Bu, avtomobil parkının yenilənməsi üçün də ciddi problemdir. Avtomobilin istehsal ili yenidirsə, bu halda gömrük rüsumları bir qədər də artır və bu, vətəndaşlar üçün əlçatan deyil. Ona görə də vətəndaşlarımız tərəfindən Rusiya, Çin, Koreya və digər dövlətlərin istismar müddəti başa çatmış avtomobillərinə üstünlük verilir. 2003-cü ildə qüvvəyə minən qanuna görə, istismar müddəti az olan avtomobillərin idxalına qadağa qoyulmuşdu. Bu qanun hər il yenilənsə də, effektiv nəticə vermir.

Köhnə avtomobillərin istifadəsinin qarşısını almaq üçün bu avtomobillərin idxalına qadağa qoyulmalıdır. Əks halda kiçik və orta sahibkarların istədiyi nəqliyyat vasitəsini qanun çərçivəsində ölkəyə gətirməyə ixtiyarı var. Avtomobil parkının yenilənməsinin ən unikal yolu Gürcüstanda olduğu kimi, gömrük rüsumunun kifayət qədər azaldılmasıdır. Bu, vətəndaşların yeni avtomobil almasına və avtomobil parkının sürətlə yenilənməsinə imkan yaradacaq”.

Gülşən Şərif

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv