!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yüksək sürət sürücünün həyatına son qoydu - VİDEO

!Reklam – Yazi

Paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Lökbatan qəsəbəsində qəsəbə sakini Bilal Hüseyov “AzSamand” markalı avtomobildə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək reklam dirəyinə çırpılıb.

Zərbədən tamamilə deformasiyaya uğrayan avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəzada xəsarət alan iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

 

www.yenicag.az

771
Ads
www.veteninfo.com
!Reklam – Arxiv