Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yüksəliş Partiyası qurultay qərarı verdi

Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunun növbəti toplantısı keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda təşkilati məsələlər müzakirə olunub. Müzakirələrin sonunda AYP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılmasına qərar verilib.

Təşkilat Komitəsi Təşəbbüs Qrupunun 7 üzvündən ibarətdir. Təşəbbüs Qrupunun üzvlərindən Bəhrəm İsmayılov Komitənin sədri, Turac Hacızadə katibi, Anar Əsədli, Şəmsəddin Rəhimov, Gülşən Hacıyeva, Elşad Abdullayev, Azər Əsgərov, Saleh Həsənov üzvləri seçiliblər.

Təşkilat Komitəsinin üzvləri AYP-nin qurultayına qədər partiyanın Nizamnaməsini, Məramnaməsini, Proqramını və digər sənədləri hazırlayacaq, təşkilatlanma prosesi, qurultaya hazırlıq məsələlərini həyata keçirəcək.

www.yenicag.az

270