!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yumurta 50 qəpiyə kimi bahalaşa bilər" - İqtisadçıdan PROQNOZ

!Reklam – Yazi

1″Yaxın aylarda kənd yumurtasının qiyməti 50 qəpiyə kimi bahalaşa bilər”.

Bu sözləri bir neçə ay öncə təqribən 10-15 qəpiyə olan kənd yumurtasının bu gün alıcılara 30-35 qəpiyə satılmasına, o cümlədən broyler yumurtalarının qiymətində müşahidə olunan artıma münasibət bildirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kənd yumurtasına olan tələbatın yüksək olması qiymətin bahalaşmasına birbaşa təsir edir:

“Məhsulların bahalaşması ilk növbədə, ölkədəki milli valyutanın alıcılıq qabiliyyətli ilə bağlıdır. Bazarı tənzimləyən məsələlərdən biri məhsul istehsalçılarının ehtiyaclarının ödənməsi problemidir. Əvvəllər yumurtanı nəinki 10-15 qəpiyə, hətta 6-7 qəpiyə əldə etmək mümkün idi. Lakin bugünkü qiyməti bazar tənzimləyir. Aztəminatlı və çoxuşaqlı ailələrdə yumurtanın daha çox istifadə olunduğunu nəzərə alsaq, yumurtanın bahalaşması ciddi problem yaradır. Hesab edirəm ki, bu tendensiya hələ bir müddət davam edə bilər. Azərbaycan mətbəxində təqdim olunan yeməklərin əksəriyyətində yumurtadan istifadə olunur. Bu gün təkcə yumurtanın deyil, digər gündəlik tələbat və qeyri-ərzaq məshullarının qiymətində də ikiqat bahalaşma var. Yaxın aylarda kənd yumurtasının qiyməti 50 qəpiyə kimi bahalaşa bilər”.

Gülşən Şərif

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv