!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yumurta bazarında “panika”: Qiyməti bahalaşdıran KİMLƏRDİR?

!Reklam – Yazi

Rusiyada yumurta qıtlığını aradan qaldırmaq üçün bir neçə ölkədən, o cümlədən Azərbaycandan yumurta idxalına icazə verilməsi daxili bazara artıq öz təsirini göstərir.

Belə ki, son iki gündə marketlərdə broyler yumurtası 16 qəpikdən 18 qəpiyə qədər bahalaşıb. Satıcılar və mağaza sahibləri bunu topdansatış qiymətlərindəki artımla izah edirlər. O da bildirilib ki, bayram yaxınlaşdıqca qiymətdə daha 1-2 qəpik artım gözlənilir. Halbuki Azərbaycandan Rusiyaya yumurta ixracının başladığı ilk günlərdə bunun daxili bazara qətiyyən təsiri olmayacağı, daxildə tələbatın tam ödənildiyi iddia edilirdi.

Xatırladaq ki, dekabrın 21-də Rusiyaya Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının ikinci partiyası idxal edilib. Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir. Xatırladaq ki, 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının Rusiyaya ilk tədarükü dekabrın 19-da baş tutub.

Ölkəmizdə Rusiyaya yumurta idxalına görə daxili bazarda qiymət artımı olmayacağı bildirilsə də, bunun əksi baş verib.

Sözügedən məsələ ilə bağlı “Cebhe.info”-ya Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiyasının sədri Mürvət Həsənli bildirib ki, fabriklərdə yumurtanın qiyməti artmayıb:

“Süfrə yumurtasının fabrikdən çıxış qiyməti bir ay öncəki qiymətlərlə eynidir. 360 ədəd yumurtaya 53 manat topdan qiymət təyin olunub. 360-ı da 53 manata böləndə bir ədəd süfrə yumurtasının qiyməti 14.7 qəpik təşkil edir. Həmən qiymətlə də süfrə yumurtaları böyük marketlərə satılır. Biz tərəfdən qiymətdə artım yoxdur”.

Həmsöhbətimiz yumurtanın qiymətinin qalxmasının alverçilərin fabrikdən yumurta almaması ilə əsaslandırır. Həmçinin qiş ayı olduğuna görə qiymətlərin kənd yumurtasına təsir edə biləcəyini bildirib:

“Bazarda indiki durumda süfrə yumurtasının qiymətini bilmirəm. Lakin ola bilsin ki, yumurta satan alverçilər marketdən 15 qəpiyə alıb, 16- 18 qəpiyə satır, yaranan “panikadan” istifadə edirlər. Həm də nəzərə almaq lazımdır ki, qiş aylarında kənd toyuqlarının yumurtalarının azalma prosesi gedir. Ola bilsin ki, ondan dolayı kənd yumurtasının qiyməti dəyişsin. Lakin bizim fabrikdə süfrə yumurtasının qiymətində artım ola bilməz”.

M.Həsənli qeyd qeyd edib ki, 5 milyon yumurta istehsal edirik:

“Yaxın gələcəkdə 7 milyona qədər yumurta istehsal etməyi hədəfləyirik”.

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv