!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yumurtanın bahalaşması ədədlə satışına SƏBƏB OLDU

!Reklam – Yazi

Rusiyada yumurta rekord dərəcədə bahalaşıb.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, ölkədə vəziyyət getdikcə pisləşir. Ərzağın qiyməti hər gün artır, ipoteka insanlar üçün əlçatmazdır və avtomobil qiymətləri kəskin qalxıb.

Rusiyada yumurta o qədər bahalaşıb ki, alıcının “psixoloji rahatlığı” üçün onları ayrı-ayrılıqda satmağa başlayıblar.

Məsələn, Krımda on yumurta artıq 200 rubla (3.70 man.) başa gəlir. Nəticədə mağazalar indi 20 rubla (0.37 man.) alına bilən bir yumurtanın üzərinə qiymət etiketləri qoymağa başlayıblar.

Lakin yumurtanı bir-bir almaq mümkün deyil, çünki ən azı 5 ədədlə satılır.

Orenburq və Novosibirskdə də yumurtanın ədədlə satışına keçiblər.

Xuraman Etibarlı

 

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv