!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yumurtanın bilmədiyimiz QORXUNC XÜSUSİYYƏTİ - Bu xəstəliyə yoluxdurur

!Reklam – Yazi

Yəqin ki, çoxları yumurtanı yumamış qaynadır. Bəs bu halda onun sağlamlığımıza hansı təhlükə saçacağından xəbərdarıqmı?

Yenicag.az yumurtanın insan orqanizmi üçün qorxunc xüsusiyyətini təqdim edir.

Yumurta qabığında yaşayan salmonella adlı bakteriya həyatımızı birbaşa təhdid edən ciddi təhlükə mənbəyidir. Adı çəkilən bakteriya toyuqlardan yumurta qabığına keçir. Daha sonra isə insan və heyvanların bağırsaqlarına yoluxur.

Salmonella bakteriyası orqanizmdə bir çox xəstəliklərə, o cümlədən tif qızdırmasına səbəb olur.

Bəs bu bakteriyaya yoluxduğumuzu necə müəyyən edə bilərik? Salmonella bakteriyasına yoluxduqda səhhətdə 12-72 saat ərzində qızdırma, ishal, iştahsızlıq, qusma, ürəkbulanma, qarın ağrısı, titrəmə, nəcisdə qan və selik kimi əlamətlər meydana çıxır. Bu hal 4-7 gün aralığında davam edir.

Xəstəliyin müalicəsi zamanı əsasən antibiotiklərdən istifadə olunur, bol maye qəbulu tövsiyə edilir. Hər il xəstəliyə yoluxan 26 000 şəxsdən 400 nəfər dünyasını dəyişir. Salmonella bakteriyasından qorunmaq üçün yumurtaları suda yaxşıca yuduqdan sonra istifadə etmək lazımdır.

Sadiq Cavadov

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv