!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunan Kiprindən Azərbaycana “İDEAL PAS”: Bakı Şimali Kiprin müstəqilliyini tanıyacaq? – ŞƏRH

!Reklam – Yazi

“Bütün hallarda bunun siyasi konyukturaya hesablanan mövqe olduğunu ifadə etməyimizdə heç bir problem olmamalıdır”.

Bu fikirləri Cənubi Kipr parlamentində dekabrın 3-də “Azərbaycanın ermənilərə qarşı tacavüzü” haqda qətnamənin qəbulundan sonra rəsmi Bakının Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımaq istiqamətində prosedurlara başlamaq imkanını dəyərləndirən Haqq-Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün Şimali Kiprin tanınması, bu məsələdə Türkiyənin mövqeyinə uyğun yanaşma ilə masada oturulması mütləq və vacibdir:

“Əslində, bu istiqamətdə hazırlıqlar çoxdan olmalı idi. Bu məsələdə Azərbaycanla Türkiyənin siyasəti uzlaşmalıdır. Təbii ki, Yunanıstanın və onun törəməsi olan Cənubi Kiprin Azərbaycana yönəlik mövqeyi bəllidir. Eyni zamanda, onlar Avropa İttifaqı tərəfindən də dəstəklənirlər.

Əlbəttə, indiki şəraitdə belə bir sənədin qəbulu Azərbaycanın ərazi bütövlüyünə qəsddir, mövcud problemin həllinə şübhə toxumu səpməkdir. Bu mövqenin Yunanıstanla Fransa arasında işbirliyindən qaynaqlandığını düşünürəm.

Azərbaycan üçün Şimali Kiprin tanınması, bu məsələdə Türkiyənin mövqeyinə uyğun yanaşma ilə masada oturulması mütləq və vacibdir. Problem ondadır ki, biz belə məsələlərdə daha cəsarətli siyasət yürüdə bilmirik, milli maraqlarımızı daha ehtiyatlı formada, kimlərdəsə qıcıq yaratmadan qorumağa çalışırıq. Fikrimcə, bu düşüncə yanlışdır.

İndiki halda Azərbaycan üçün müəyyən məsələlərin həllinə münbit şərait yaranıb. Doğrudur, bundan sonra Ermənistanı təhrik edə bilərlər ki, Dağlıq Qarabağı dövlət kimi tanısın və ardınca Fransa ilə Yunanıstan da bu addımı ata bilər. Yəni presedent yaranması mümkündür və bu da nəzərə alınmalıdır. Ancaq bütün hallarda bunun siyasi konyukturaya hesablanan mövqe olduğunu ifadə etməyimizdə heç bir problem olmamalıdır”.

A.Zeynalov

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv