!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatını iki medalla başa vurdu

!Reklam – Yazi

İordaniyanın paytaxtı Ümmanda keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.

Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a verilən məlumata görə, həftəsonu dörd yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

İlkin Qurbanov (60 kq) debütdə ermənistanlı Suren Ağayanyana “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. İ.Qurbanov əvvəlcə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gəlib. İlkin daha sonra gürcüstanlı Anri Xozrevanidzeylə gərgin keçən qarşılaşmada sevinən tərəf olub – 4:2. Həmyerlimiz qırğızıstanlı Emirlan Duişenaliyevi də 3:1 hesabı ilə üstələyərək dünya çempionatının bürünc medalını qazanıb.

Kənan Abdullazadə (67 kq) ilk mərhələdə hindistanlı Umeş Umeşə 4:2 hesabıyla qalib gəlsə də, misirli Mustafa Alameldinə uduzub – 5:7. Rəqibin finaladək irəliləməsi güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq imkanı verib. Abdullazadə ilk təsəlliverici görüşdə xorvatiyalı Luka İvançiçi vaxtından əvvəl (9:0) xalçadan məyus yola salsa da, növbəti qarşılaşmada türkiyəli Azat Sarıyara minimal fərqlə (4:5) məğlub olub.

Ruslan Nurullayev (72 kq) 1/8 finalda iranlı Seyidməhəmmədmehdi Miriyə sonuncu xal prinsipinə əsasən (1:1) uduzub.

İsmayıl Rzayev (82 kq) startda ukraynalı İvan Xmirlə bacarmayıb – 1:6.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Fərid Sadıxlı (55 kq) dünya ikincisi olub.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv