Yunanıstan təxribatlarını ARTIRIR: Silahsızlaşdırılmış adalarda hərbi təlim keçiriləcək

Türkiyəyə qarşı təxribatçı hərəkətlərə yol verən Yunanıstan provokasiyalarına yenisini əlavə edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan beynəlxalq anlaşmalarla silahsızlaşdırılmış Egey dənizindəki adalarda hərbi təlim keçirəcək.

Hava təlimlərinin 14-16 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, rəsmi Afina Türkiyə tərəfindən ciddi etirazla qarşılanan təxribatçı davranış sərgiləyir. Ən son Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edərək rəsmi Afinanın Ankaranın səbrini və soyuqqanlılığını yanlış anladığını bildirib:

“Yunanıstanı eynilə bir əsr öncə olduğu kimi peşmanlıqla nəticələnəcək xəyallardan, ifadələrdən və davranışlardan uzaq durması, ağlını başına alması ilə bağlı təkrar xəbərdar edirik.

Türkiyə Egeydəki haqlarından vaz keçməyəcəyi kimi, adaların silahlandırılması məsələsində beynəlxalq anlaşmaların özünə tanıdığı hüquqları lazım gəldiyində istifadə etmədən çəkinməyəcək”.

COP29