!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yunanıstan və Hindistan kimi ölkələrə dost dövlətlər vasitəsilə təsir göstərməyə çalışmalıyıq” – ŞƏRH

!Reklam – Yazi

“Əslində, onlar bu hərəkətlərə yol verməklə Ermənistana dəstəklərini nümayiş etdirirlər”.

Bu fikirləri Ermənistanı açıq şəkildə dəstəkləyən və son vaxtlarda bu münasibətlərini qabarıq formada göstərən Yunanıstan və Hindistanla münasibətlərə yenidən baxılması zərurətini dəyərləndirən politoloq Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.Sabiq millət vəkilinin fikrincə, həmin dövlətlərlə münasibətlərə yenidən baxaraq onlarla əlaqələri kəsmək o qədər də önəmli deyil:

“Bəli, çox təəssüf ki, son dövrlərdə bəzi dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qəbuledilməz davranışlara yol verərək xoşagəlməz ifadələr işlətməyə başlayıblar. Əslində, onlar bu hərəkətlərə yol verməklə Ermənistana dəstəklərini nümayiş etdirirlər.

İstər ABŞ və Fransa, istərsə də Yunanıstan və Hindistan, hətta İran olsun, bunlar bölgədə dayanıqlı sülhün olmasını istəməyən dövlətlərdir. İşğalçı bir dövlətə silah verilməsi axı necə ola bilər?

Ermənistanın Azərbaycan ərazilərini az qala otuz il işğal altında saxladığını, bu müddət ərzində şəhər və kəndlərimizi xarabazara çevirdiyinə şahid olan bu dövlətlər hansı mənəvi haqla işğalçı ölkəyə yardım edərək ona silah satırlar?

Əlbəttə, biz bu kimi hallara qarşı öz etirazımızı bildirmişik və bildirməkdə davam edirik. Ancaq həmin dövlətlərlə münasibətlərə yenidən baxaraq onlarla əlaqələri kəsmək o qədər də önəmli deyil.

Fikrimcə, bu proseslərin qarşısının alınması üçün diplomatik fəallığımızı daha da artırmalıyıq. Eyni zamanda, bizə dost münasibəti olan dövlətlər vasitəsilə nəzərdə tutulan ölkələrə müəyyən qədər təsir göstərib işğalçını dəstəkləməkdən çəkindirməyə çalışmalıyıq.

Bilirsiniz, dövlətlər arasında müəyyən asılılıqlar və tələbatlar var. Məsələn, görürsünüz ki, mövcud şəraitdə Avropanın bəzi ölkələri enerji təminatı ilə bağlı Azərbaycandan asılı vəziyyətə düşüb.

Ona görə də, artıq dediyim kimi, həmin ölkələrə dost dövlətlər tərəfindən təsir göstərilməsinə üstünlük verməliyik. Ancaq, təbii ki, bu zaman öz etirazımızı da diqqətə çatdırmalıyıq. Hər halda bu sahədə diplomatiya vasitəsilə daha çox iş görməli, Ermənistana dəstək verən o ölkələri yeni müharibəyə zəmin yaradan addımlardan çəkindirməyə çalışmalıyıq”.

A.Zeynalov

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv