!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstanda Ərdoğanın səfəri günü mitinqlər və nümayişlər qadağan edildi

!Reklam – Yazi

Yunan polisi Afinada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri günü ictimai təhlükəsizliklə bağlı mitinq və yürüşləri qadağan edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri paytaxt Attika vilayətinin polis idarəsinin rəisi verib.

“Attika Polis İdarəsinin rəisinin qərarı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri zamanı dekabrın 7-də saat 06:00-dan 18:00-dək açıq havada hər hansı ictimai toplantının keçirilməsi qadağan edilib”, – polisin açıqlamasında deyilir.

Qadağa Afinanın mərkəzini və Afina Beynəlxalq Hava Limanı Elefterios Venizelosdan gedən yolları, eləcə də kortecin marşrutu boyunca körpüləri və yerüstü keçidləri əhatə edir.

Eyni zamanda, Ərdoğanın səfəri zamanı sərt təhlükəsizlik tədbirləri görüləcək.

Asayişin qorunmasına 3500-dən çox polis cəlb olunacaq, Türkiyə Prezidentinin kortejinin keçidi üçün yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Afina Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndiriləcək. Vertolyotlar və dronlar vəziyyəti havadan izləyəcək.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv