!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstanda miqrantları daşıyan qayıq batdı

!Reklam – Yazi

Yunanıstanın Paros adasının sahillərində yelkənli qayığın qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, yerli sahil mühafizəsinin məlumatına görə, 63 nəfər xilas edilib.

Ümumilikdə qayığın göyərtəsində 80-ə yaxın miqrant olub. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Bu, son bir həftədə 3-cü belə hadisədir. Bu müddət ərzində ümumilikdə 30 mühacir həlak olub.

 

 

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv