!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yunanıstanlı idmançı Bakıdakı dünya çempionatında qızıl medal qazandı

!Reklam – Yazi

Bakıda keçirilən 53-cü dünya çempionatında kişilər arasında stend atıcılığının dairəvi növü üzrə yarışlar keçirilib.

Yenicag.az-ın məlumatına görə, yunanıstanlı Eftimios Mitas 56 dəqiq atışla qızıl medala sahib olub.

Yunan rəqibindən az fərqlə geridə qalan (55 dəqiq atış) Finlandiya idmançısı Eetu Kallioinen gümüş medal qazanıb. Atış zamanı 46 dəfə dəqiqlik göstərən misirli Azmi Mehelba bürünc medala yiyələnib.

Komanda yarışında isə ABŞ birinci, Yunanıstan ikinci, İtaliya üçüncü yeri tutub.

Əldə olunan nəticələrə əsasən, Eftimios Mitas (Yunanıstan), Eetu Kallioinen (Finlandiya), Yesper Hansen (Danimarka) və Erik Vatindal (Norveç) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı 2018-ci ildən bəri bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Mundialda 100-dən artıq ölkədən 2000-dək idmançı və nümayəndə iştirak edir./report

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv