!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yüngül devalvasiyaya gedilməsə...” - İqtisadçıdan GÖZLƏNİLMƏZ TƏKLİF / VİDEO

!Reklam – Yazi

“Neft Fondunun 2021-ci il kəsiri 9 milyard manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir”.

Yenicag.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli hökuməti 15-20 faiz civarında yüngül devalvasiyaya getməyə çağırıb.

İqtisadçının fikrincə, bu, mövcud vəziyyətdə atılmalı olan ən optimal addımdır:

“Əgər 2021-ci ilin büdcəsinin xərc hissəsi 10-15 faiz artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 milyard manat əlavə pul götürülməlidir. Yəni Fonddan azı 17 milyard manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 milyard dollar edir.

Neft Fondu 2021-ci ildə ən yaxşı halda 8 milyard manat qazanacaq. Deməli, Fondun 2021-ci il kəsiri 9 milyard manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq, bu, dayanaqlı model olmayacaq.

Yüngül devalvasiyaya gedib (15-20 faiz) Fondun dollar ehtiyatlarlına bir az qənaət etmək lazımdır. Paralel olaraq, ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır – şəxsən mən başqa yol görmürəm.

Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik – bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

Aqil Bəkir

www.yenicag.az

1756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv