!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yuxarı Larsda 2,3 minə yaxın yük maşını keçid GÖZLƏYİR

!Reklam – Yazi

Yuxarı Lars keçid məntəqəsində 2,3 minə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Şimali Osetiyanın nəqliyyatın idarə edilməsi mərkəzinin məlumat yayıb. Məlumata görə, “yaşıl zona”da 250 avtomobil var və onların “Yuxarı Lars”dan keçmək üçün 12 saat vaxtı var. Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 2287 yük maşını gözləyir.

Xatırladaq ki, noyabrın 26-dan 29-dək Qudauri-Kobi hissəsində hava şəraiti ilə əlaqədar ağır avtomobillərin keçidi qadağan edilib.

Noyabrın 29-da axşam saatlarında qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.

Xuraman Etibarlı

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv